Veb saytların hazırlanması

     Biznes və təşkilatlar üçün veb saytların günümüzdə əhəmiyyəti çox yüksəkdir. İstənilən biznes növü üçün veb saytın olmasının uğura təsiri böyük ola bilər. Veb saytların biznesinizə qazandırdığı bəzi üstünlükləri aşağıdakılardır:

·        Veb saytın əsas faydalarından biri biznesinizin etibarını artırmasıdır. Veb sayt olmadan insanlar sizin biznes olaraq qanuniliyinizi şübhə altına ala bilərlər. Vebsayta sahib olmaq gözəl ilk təəssürat yaratmaq və insanlara əsl biznes olduğunuza dair rahatlıq vermək fürsətidir.

·        Brendinizi potensial müştərilərinizə nümayiş etdirmək, edə biləcəyiniz ən vacib işlərdən biridir. Veb sayt olmadan bunu etmək çox çətin ola bilər, çünki insanlar biznesiniz haqqında keyfiyyətli və etibarlı məlumatı asanlıqla tapa bilmir.

·        Veb saytınızın olması internetdə mövcud olmağınız deməkdir ki, bu da potensial müştərilərin sizi daha asan tapmasına səbəb olur, nəticədə satışlarınızı artırmış olursunuz.

·        Müştərilərinizin sorğularını cavablandırmağa, onların zənglərinə cavab verməyə çox vaxt və işçi qüvvəsi tələb oluna bilər. Bu problemin həllində də veb saytın köməyi var. Beləki, sayt müştərilərə zəng etmədən müxtəlif metodlarla faydalı məlumatları tapmağa kömək edir, bununla da müştəri dəstəyini təmin etmiş olursunuz.

·        Veb sayta sahib olmağın əsas üstünlüklərindən biri onun hər kəs üçün, hər yerdə, istənilən vaxt əlçatan olmasıdır. Dünyanın istənilən yerində olan şəxs veb saytınız vasitəsilə sizin biznesiniz barədə rahatlıqla məlumat ala bilər.

·        Veb saytınız 24/7 işlədiyi üçün müştərilərinizə yeniləmələr və elanlar göndərməklə onları xəbərdar etmək üçün bir vasitədir.

·        Veb saytlar çox az xərclə onlayn mağazanıza, ofisinizə və ya sərgi salonunuza çevrilə bilər. Həmçinin fiziki obyektdən fəqli olaraq əhatə dairəsində və zamanlamada bir məhdudiyyət yoxdur.

 

     Biznes fəaliyyətinizə uyğun istənilən forma və dizaynlı, yüksək səviyyəli veb saytlar hazırlayırıq. Veb sayt növlərinə müxtəlif Korporativ, şirkət və ya təşkilat saytı, Bloq, Xəbər saytı, Şəxsi portfolio saytı, Elan saytı, Elektron ticarət saytları və s. aiddir. Veb saytların hazırlanmasına daxildir:

·        Modern görünüşlü istəyinizə uyğun dizayn.

·        Geniş funksionallıq.

·        Sürətlilik.

·        Kreativlik.

·        Responsive dizayn (bütün cihaz ekranlarına uyğunlaşan).

·        Domen alınması.

·        Yüksək performanslı hosting.

·        Domenə bağlı professional biznes email adresləri.

·        SSL təhlükəsizlik sertifikatı.

Biz mümkün olan ən yaxşı işi görməyə çalışırıq. Sizin işlərinizə öz işimiz prinsipi ilə yanaşmaqla etimad və qarşılıqlı hörmət üzərində qurulmuş davamlı münasibətləri inkişaf etdirməyi hədəfləyirik. Biznes əlaqələrimiz dostluğumuzun təməli olsun.

biznesinizə başlayın

Biznesinizlə bağlı Sizə Kömək Etməyə Hazırıq