Haqqımızda
Biz uzunmüddətli və dərin sənaye təcrübəsinə malik müxtəlif biznes xidmətləri üzrə ixtisaslaşmış peşəkar komandayıq və müştərilərimizə irəliyə doğru yolu müəyyənləşdirmək üçün lazım olan peşəkar şücaət təqdim edirik.
Biz şirkətlərin əsas ehtiyacı olan müxtəlif biznes xidmətlərinə aid sahələri əhatə edirik. Bu sahələr maliyyə – mühasibatlıq, vergi, audit, hüquq, şirkətlərin qeydiyyatı, miqrasiya, gömrük, insan resursları, it, veb saytlar, proqram təminatı və s. dir. Biznes konsultantlarımız müştəri yönümlü və mürəkkəb layihələri idarə edə bilən təcrübəli mütəxəssislərdir.
Şirkətimiz müvəqqəti düzəlişlər deyil, qalıcı həllər təklif edir. Komandamız problemlərinizi həll etməklə yanaşı problemin nədən qaynaqlandığını və bunun baş verməməsi üçün nə etmək lazım olduğunu da aşkar edəcək.
Biznesinizin həm bu günü həm də gələcəyi üçün ən yaxşı olanı düşünmək istəyirik, çünki sizinlə uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətindəyik.
Biznesinizin həm bu günü həm də gələcəyi üçün ən yaxşı olanı düşünmək istəyirik, çünki sizinlə uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətindəyik.
Çətin iş illərinin böyük təcrübəsi və sadiq müştərilərimizin etibarı bizi daha da gücləndirir. Müştəri yönümlü bir şirkət olaraq biz hər zaman müştərilərimizin maraqlarını işimizin mərkəzinə qoyuruq. Müştərilərimizin işinə öz işimiz kimi yanaşaraq onların biznesinin bütün potensialını açmaq üçün çalışırıq.
Düzgün nəticə üçün düzgün yanaşma lazımdır. Bu səbəbdən xarici biliklərimizi xidmət göstərdiyimiz şirkətlərin biznes proseslərinə uyğun, spesifik yanaşma ilə tətbiq edirik.
Nailiyyətimizin birbaşa sizin məmnuniyyətinizlə bağlı olduğuna əminik. Qarşınıza çıxan maneələri bizə həvalə edərək diqqətinizi biznes hədəflərinizə yönəltmək üçün əlavə güc və vaxt qazanın. Xidmətlərimiz əməliyyat xərclərinizi və biznes risklərinizi azaldır.
Biz dəyərlərə əsaslanan şirkətik və yüksək peşəkar və etik standartlara cavab verməyə çalışırıq. Gördüyümüz iş və xidmətlərlə müsbətə doğru dəyişikliklər etməyə davam edirik, mütəmadi olaraq idarəetməmizi qiymətləndirir və yeniləyirik. Biz müştərilərimizə davamlı fərqlilik qazandırmağı, şirkətimizin imkanlarını inkişaf etdirməyi hədəfləyirik.
Biznes əlaqələrimiz dostluğumuzun təməli olsun!
Korporativ tarix
-
2014
“Professional Business Services” MMC- nin təsis edilməsi
-
2015
Şirkətin tanıtımı
-
2017
Komandanın təkmilləşməsi
-
2019
Əhatə dairəsinin genişlənməsi
-
2022
Korporativ yenilənmə
Korporativ tarix
-
2014
“Professional Business Services” MMC- nin təsis edilməsi
-
2015
Şirkətin tanıtımı
-
2017
Komandanın təkmilləşməsi
-
2019
Əhatə dairəsinin genişlənməsi
-
2022
Korporativ yenilənmə